Biz ona ilahidənverilən dərs demişik,Biz ona ilahidənsüzülən səs demişik,Biz ona yaranışdanpak, müqəddəs demişik,Quranı səhv oxuma,Allaha ağır gedər.

Onun dərkinə varmaqər oğlu ər işidir,Zərgərlik sənətidir,fikirlər zər işidir.O, Tanrı möcüzəsi,o, peyğəmbər işidir.Quranı səhv oxuma,Allaha ağır gedər.

Nə ucadı məqamı,nə şirindi əzabı,Tilsimlərin dilidi,sualların cavabı.Dürüst oxu, gözəl de,birə mindi savabı,Quranı səhv oxuma,Allaha ağır gedər.

İlqar-iman sahibiocaq olar, kül olmaz,İmansız bir ürəkdətikan bitər, gül olmaz.Allaha ağır gedənbəndəyə yüngül olmaz,Quranı səhv oxuma,Allaha ağır gedər.

Quran nə bütpərəstin,nə də ki, bir bütündü,Yoxdu onu yandıran,onu danan büt indi.Yerlə göy arasındadağılmaz bir sütundu,Quranı səhv oxuma,Allaha ağır gedər.

Dəryadakı damlada,səhradakı qumdadı,Torpaqdakı toxumda,tarladakı tumdadı.Gündüzlər xəyalımda,gecələr yuxumdadı,Quranı səhv oxuma,Allaha ağır gedər.

Üstündə haqqın əli,Yaradanın zəhmi var,Bir sözdə min aləmindüşüncəsi, fəhmi var.Demə ki, bağışlayar,o, rəhmandı, rəhmi var,Quranı səhv oxuma,Allaha ağır gedər.

Yeri ucadan uca,Yaşı uludan ulu,Hər nöqtəsi, vergülüilahidən vurğulu.Övliya da, şeyx də,imam da onun qulu,Hər qəlbə o kitabdanyol gedər, cığır gedər,Quranı səhv oxuma,Allaha ağır gedər.2000, 15 noyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви