Bir daşa söykənmişəmbir dağın ətəyində,Ürəyimə, beyniməqəribə hisslər gəlir.Gah gün doğur üstümə,işıqlanır varlığım,Gah da işığa qənimdumanlar, sislər gəlir.

Dağa baxdım, ruhumdadağ kimi ləngər oldu,Zirvələr Allah evi,qayalar səngər oldu.Bu yerdə kimi şair,kimi peyğəmbər oldu,Gözlərimin önünəən uca kəslər gəlir.

Ömrümüzü uzadanyerin-göyün ətridi,Yaradanın bizlərəhörmətidi, xətridi.Ya Quranın ayəsi,ya şeirimin sətridi,Qulağıma Tanrıdanilahi səslər gəlir.

Füzuli bağçasındanşirin bardı gələnlər,İlahiyə qonşudu,haqqa yardı gələnlər.Yunusdu, Mövlanadı,Şəhriyardı gələnlərQalx ayağa, Zəlimxan, qalx,müqəddəslər gəlir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви