Sabir rüstəmxanlıya
Bir gün məni dağ oynatdı yerindən,Bir gün məni dağ laləsi çağırdı.Rüstəmxanlı bir qıy çəkdi zirvədə,Yardımlının şəlaləsi çağırdı.
Dağ dilində nə söz varsa, dağ dedi,Məni gördü, öz baxtına ağ dedi.Bulud, şimşək kükrə dedi, yağ dedi,Suyun eşqi, selin eşqi çağırdı.
Gözüm gördü, könlüm sevdi bu yurdu,İşıq yurdu, Günəş yurdu, su yurdu.Qoca dağlar oğlu kimi buyurdu,Çiçək ətri, gül haləsi çağırdı.
Bu xırmanda ovum-ovum ovuldum,Dədələrin çaxmağına qov oldum,Şah babamın ovlağında ov oldum,Xətainin əfsanəsi çağırdı.
Kök ocaqdı, kök tarixdi, kök izdi,Bələdçimiz tək cığırdı, tək izdi.Borçalının dağlarıyla əkizdi,Həm Kərəmi, həm Lələsi çağırdı.
Hər sal qaya min yaşında bir qoca,Dərə eniş, zirvə yoxuş, dağ uca.Zəlimxanı uzaq yollar boyunca,Duyğuların zəlzələsi çağırdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-sabir-rustemxanliya
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Eyfel qülləsindən Parisə baxdım,Həqiqət donunda nağıl göründü.
Torpaq sevgisiQalxır təyyarəmiz göyün üzünə,Uçuruq Parisdən Bakıya sarı.
Şairlərin qismətiSinəsi dağ-dağ olmaq şairlərin qisməti,Sinəm üsyan meydanı, qızarmış şişə qarşı.
Haqlısan şairdən gileylənməyəSöz güllə, söz mərmi, söz qurşun gərək,Söz millət, söz ordu, söz qoşun gərək,
Стихи других поэтов · О любви
Belin nazik, qəddin suca, üzün gül,Məlahəti sən cananda görmüşəm.
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Tükənməz eşq ilə duyduqca dərinTükənməz eşq ilə duyduqca dərinSənin gözündəki o şeriyyəti,