Şairlik
Ətəklərin genişi, zirvələrin ucası,Çinarların nəhəngi, palıdların qocası,Qartalların uçuşu, qayaların haçası,Yerin, göyün ləngəri məni şair eylədi!
Sözünü, söhbətini şirin dedi, xoş dedi,Ömrün bircə anı da qoy keçməsin boş dedi.Dəniz kimi dalğalan, çaylar kimi coş dedi,Haqqın eşqi, əsəri məni şair eylədi!
Bir yaxşılıq görəndə yumşaldım, mehə döndüm,Bir gözəllik görəndə duruldum, şehə döndüm,Bir xəyanət görəndə polad zirehə döndüm,Sözün hökmü, kəsəri məni şair eylədi!
Dağlar üçün qəlbimin titrəməsi, əsməsi,Yüz bələnin başını bir bələnin kəsməsi,Səhər-səhər ruhumun çöllərə tələsməsi,Ömrün neçə səfəri məni şair eylədi!
Ünü göylərdən gəlir qəlbə daman səslərin,Qarşısına haqq çıxar haqq axtaran kəslərin,Əqidə cəfakeşi əsil müqəddəslərin,Haqdan gələn xəbəri məni şair eylədi!
Minillik kədər yatır hər havanın bəmində,Dünyaların dərdi var bir insanın qəmində,Hönkürüb ağlamışam yasında, matəmində,Elin dərdi, kədəri məni şair eylədi!
Sazdan qopan haraydı, tardan qalxan nalədi,Göz yaşlarım könlümə tökülən şəlalədi.Solan hər insan ömrü bağrı yanmış lalədi,Könüllərin qəhəri məni şair eylədi!
Alçağın, kəmfürsətin həzər, əlindən həzər,Addımbaşı susdurub vurmağa fürsət gəzər.Didərdi pəncəsində, parçalardı bəd nəzər,Tanrının xoş nəzəri məni şair eylədi!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-sairlik
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Oyan, nə yatmısan Koroğlu babam,Ustadım, sərkərim, ozanım, haray!
Böyük qəhrəmanlıqAnam Azərbaycanım! Dayanma məzlum, fağır,Məzlumların başına göydən od-alov yağır.
Gələcək nəsilGəl, sabahın gözüylə baxaq bu sərt günlərə,Kim xalqa necə baxdı, bilər gələcək nəsil!
Alçağa nəsihətŞərik olma heç kəsin sevincinə, qəminə,Getmə yaxının, yadın toyuna, matəminə.
Стихи других поэтов · О божественной любви
Darıxma, darılma, dərdə qayım ol.Əlbət, tanrı verər sənə da bir yol.
Küçük bir levhəEhtizaz etmədə hər yanda behişti-nəfəxat,Oqşuyor səhn çəmənzarı yenə ruhi-bahar.
Allahın adı iləİbtidada “əlif” – Allah,“Be” – birliyə dəlalətdi.
Mən məvali məzhəbəm, rahım ƏliMən məvali məzhəbəm, rahım Əli,Hacətim, zikrim, nəzərgahım Əli,