Salam, yaşıl ağac!
Sulusan, hələ ki, su var canında,Salam, yaşıl ağac, yaşılım ağac!Elə istəyirəm bitim yanında,Burdaca mən sənə qoşulum, ağac!
Qollarım çevrilsin budaqlarına,Əllərim çevrilsin yarpaqlarına.Səni ürəyimcə basıb bağrıma,Çəməntək döşənim ayaqlarına.Bulud çaxnaşanda, şimşək çaxanda,Çevrilim gücünə, dayaqlarına,Salam, yaşıl ağac, yaşılım ağac!
Bir qız oxuyardı səni görəndə,Çiçək qoxuyardı səni görəndə.Nəğmədən, avazdan, səsdən, layladan,Xalı toxuyardı səni görəndə.Yaşıl xatirəli dünyası vardı,Salam, yaş budağım, yaş əlim, ağac,Salam, yaşıl ağac, yaşılım ağac!
Tək ağac deyilsən sən mənim üçün,Sevgisən, sevincsən, ağrısan, qəmsən.Qəlbimdə ocağım, gözümdə odum,Tarixə çevrilmiş bir xatirəmsən.
Beş gözüm olsaydı, sənə baxardı,Səndən yapışardı beş əlim, ağac.Mən köçüb getsəm də bir gün dünyadan,Sən var ol dünyada, YAŞILIM AĞAC!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-salam-yasil-agac
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Görünməmiş bir sənətmi yaradıb,Bu qız niyə havalanıb görəsən?
“Sarıtel” oxuyan qaratel gözəlSən Günəş nurusan, qar işığısan,Yerdə yer, göydə göy yaraşığısan.
Bircə məni xatırlaÖmrü-günü uzun olsa həsrətin,Göz yaşında bir çiməni xatırla.
Qayıdaq əvvəlki xatirələrəBu gündən sabaha uzanmasın əl,Hələ sabahlara baş vurmayaq, gəl.