Çox eşitdim, çox dinlədim,El içində bir sualı.Bu sualın cavabındanKim bixəbər, kimi halı.Söhbət gedir hər oymaqda,Bir söz gəzir hər dodaqda.Kaş biləydik bu bəxtəvər,Savadlıymış, ya savadsız?Sözü yoxdu müəmmasız,Fikri yoxdu qol-qanadsız!Necə görüb bu gərdişinOvandını, tərsini o!Kimlər olub müəllimi,Kimdən alıb dərdini o!Elə düzüb kəlmələri,Elə deyib haçabeyti,Ağıl, kamal istəyirəmDuya sirri, aça beyti.Yeri göyə bağlayıbdı“Qıfılbənd”i, bağlaması.Şirin sözü, axar təbiDağ çayının çağlaması.Zirvələrdən uca gördüm,Boylananda dünyasına.Əl-ayaqlı itib-batdımBaş vuranda dəryasına.O dəryanın qucağındaQulağıma dəydi bir səs,O, savadsız ola bilməz!

Bir insan ki, ustad olubKainatın ahənginiÖz sazıyla birləşdirə,Sevinci də, əzabı daDoqquz teldə yerləşdirə,Zərrə qədər yayınmayaNəzərindən nə zil, nə pəs,O, savadsız ola bilməz!Bir qozqara kötüyünü,Sözə tutub deyişməyin.Alim ilə kəlmələşib,Cahil ilə döyüşməyinÖzü savad deyilmi bəs?Yer də, göy də dilə gəldi –O, savadsız ola bilməz!

Bir insan ki, daşı beləDirdirməyin ustadır,Əyriləri doğru yola,Doğru yolaDöndərməyin ustadıdır,Avazıyla quşu göydənEndirməyin ustadıdır –Söhbət yersiz, sual əbəs,O, savadsız ola bilməz!Bir insan ki, öz fikriniBeyinlərə möhürlədi,Hikmətiylə nəsillərinÜrəyini sehrlədi,Parça-parça doğra məni,Qıyma-qıyma dilimi kəs –“Savadsızdır” deyəmmərəm,O, savadsız ola bilməz!

On beş ildə dərs oxuyub,Yazmaq hələ savad deyil.Yazdığını dönə-dönəPozmaq hələ savad deyil.Xahiş ilə, minnət iləQiymət almaq savad deyil.

Bu hörmətsiz qiymət iləAlim olmaq savad deyil.Beş il təhsil alan gördüm,Bircə yerdə deyiləsiBeşcə kəlmə sözü yoxdur.Əmisi var, dayısı var,Dayıların kölgəsindəYoxa çıxıb, özü yoxdur.Savad odur tanıyasanÖz kökünü, zatını sən.Oxumağı bacarasanGöyün yeddi qatını sən.Ağıl yetməz, xəyal çatmazMənzillərə, məkanlaraÇapırdasan atını sən!Anlayasan, nələr yatırBu torpağın ürəyində,Kimlər ona şöhrət olub,Kimlər yatıb bələyində.Anlayasan, səndən ötrüTəbriz nədir, Bakı nədir?Arzuların müqəddəsi,Duyğuların pakı nədir?Düşünəsən, nə deməkdirQurbaninin “Bənövşə”si.Eşidəsən, hardan gəlirXətainin məğrur səsi!Neçə-neçə dil içindəYaşadasan öz dilini.Danışasan həqiqəti,Yandırsa da köz dilini.Lap zülmətə düşsən belə,Öyrən, axtar, gəz dilini.Savad odur!Vurğunsansa sən bu dilinTəcnisinə, cinasına,Gedib çıxa bilirsənsəÖzülünə, binasına,Savad odur!Bayat köklü bayatıdaHansı yurdun adı yaşar?Həzin səsli oxşamadaHansı sehrin dadı yaşar?Qoşmalarda hansı xalqınÜrəyinin odu yaşar?Bilirsənsə, savad odur!Hikmətini duyursansaBu sinəsi dolu sazın,Hardan gəlib, hardan keçib,Hara gedir yolu sazın,Nədən olur qabırğası,Nədən olur qolu sazın?İlk ustadı kim sayılırUlu səsin, ulu sazın?Bilirsənsə, savad odur!Tut ağacı növ-növ olur,Dil-dil ötən bu telli sazHansı tutun parasıdır.Hansı hava dərdli qəlbinMəlhəmidir, havasıdır?Bilirsənsə, savad odur!Bir savadlı oğul gərəkÖmür qoya, baş sındıra,İnadıyla, dözümüyləDüyün aça, daş sındıra!Tapa bilə “Səngi-siyahİçindəki dürdanəni”,Öyrənə bu “bisavad”ı!Axır bilə, hardan alıbQul Ələsgər bu savadı!

Onda duya həqiqəti,Onda deyə öz-özünəKitabıydı gen dərələr,Dağı-daşı oxuyurdu.Bir baxışla hər ürəyi,Hər yaddaşı oxuyurdu.Qışda yaza şagird olur,Yazda qışı oxuyurdu!Öyrənirdi, öyrədirdiZirvələri qaya-qaya,Cığırları sətir-sətir.Süzülürdü ürəyinəYerdən işıq, göydən ətir!İmtahanlar görə-görəSuallarda sınanırdı.Ürəyindən gələn səsinBir həqiqət olduğuna,Haqdan qismət olduğunaVarlığıyla inanırdı!Deyişmələr meydanındaDil büdrəmir, ağıl çaşmır.Kəlmələrdə sığala bax,Dodağında söz dolaşmır!Yayınmağı ola bilməz,Yaxşı seçir hədəfini.Seçir əlvan fikirlərinİncisini, sədəfini.Ömrü boyu ömür sürdüÜrək dolu, sinə dolu.Naxış vurdu, naxışladı“Divani”dən “müxəmməs”ə,Bəmdən zilə gedən yolu!Hər təcnisin öz cinası,Hər havanın öz sığalı,Hər kökün öz zərifliyi,Hər pərdənin şirin xalı,Sərvətiydi Ələsgərin!“Əsli Kərəm” dastanınıBeş gecəyə danışmağı,Şeir sənət dünyasınaHörmətiydi Ələsgərin!Ürəyində qala qurduXəstə Qasım Tikmədaşlı,Öz dərdini ona dediDivarqanlı gözü yaşlı!Hərflərin mənasınıDuya-duya, aça-açaBircə nöqtə qoymadı ki,Yaddan çıxa, gözdən qaça!Toxunduğu hər mətləbinAğıl, hikmət olduğunu,Varlığında, cövhərindəNadir qüdrət olduğunuYavaş-yavaş duydu hamı.Elə məclis olmadı ki,Oxunmasın ƏləsgərinQıfılbəndi, “Əliflam”ı!Kimi dedi, – haqq vergisi,Kimi dedi, – haqq aşığı.Onun sözü, söhbətiydiMəclislərin yaraşığı!

Böyü, ey ürəyim, dünyalar qədər,Sönməz bir ocağın odunda qızın.Ömrünü, gününü keçirmə hədər,Öyrən savadını bu savadsızın!

Duyğular qaynasın qaynar sinədə,Sənə uğur desin qəlbindəki səs.Nə desən taparsan bu xəzinədə,Doymağa tələsmə, duymağa tələs!

Düşün, bu aləmdə nələr var, nələr,Sən də bu ellərin yazan əlisən.Dünənin sözünü deyib dədələr,Bu günün sözünü sən deməlisən.

Düşünmək özü də bir qələbədir,Zərif düşüncələr gəlsin karına.Öyrən, bu həyatda güc verən nədirƏləsgər fikrinin qanadlarına.

Ustad sualına cavab ver, cavab,Yeddi qara nədir, yeddi ağ nədir?Kitab oxumusan, nə qədər kitab,Yeddi yağ, yeddi bağ, yeddi tağ nədir?

Aşıq hardan alıb bu şeiriyyəti,Hikmət dünyasına bu səfər nədir?Nələrə toxunur fikri, niyyəti,Beş bəndin içində yeddilər nədir?

Duyub mənasını yerli-yataqlı,Əvvəlin, axırın, əzəlin, sonun.Bir ömür yaşayıb köklü, budaqlı,Heç nə nəzərindən qaçmayıb onun.

Hər şeyi düz görüb ağlının gözü,Fikri haqdan gələn həqiqət imiş.Onun nəzərində bilmirəm sözüAşıqçün ən böyük cinayət imiş.

Ancaq həqiqətə bağlıymış canı,Cahilə deyərmiş danışma əbəs.Heyrətə gətirib qoca dünyanı,Bir hərfi yazmağı bacarmayan kəs!

Baş vurub sirrinə bu kainatın,Yerə də, göyə də əl aparıb, əl.Yönünü, səmtini görüb həyatın,Duyub zamananı hamıdan əvvəl!

“Füzuli”, “Firdovsi”, “Hafiz”, “Nəsimi”,Hərə biri çay olub axıb qanında.Coşanda dənizlər, dəryalar kimi,Tufanlar yaşadıb həyəcanında!

Min dəfə oxuyan bir də oxudu,Kamalı dərs verdi dərsi azlara.Sözdən xana qurdu, xalı toxudu,Dərinlik öyrətdi çox dayazlara!

Sazı bu dünyaya şöhrət elədi,Dünyanı sazının telində tapdı.Eşidən vuruldu, heyrət elədi,Hikməti ustadın dilində tapdı.

Bircə gün görmədi məktəb, mədrəsə,Oxu kəlmə-kəlmə, savadına bax!Təbiət güc verir yaradan kəsə,Sənətin dağ yaran Fərhadına bax!

Qapanıb qalmadı öz aləmində,Coşan ilham oldu, daşan təb oldu.Hikmət dünyasında, söz aləmindəƏləsgər, savadlı bir məktəb oldu!

Unudulmaz el bəzəyi, el oğlu,Hər gün onu saz dinlədi, söz andı.Yaratdığı gəraylıda, qoşmadaYüz il, min il şair ömrü uzandı!

Var oynayan, dümbək çalan, var aşıq,Ustad aşıq hər məclisə yaraşıq.Saz əhlinə, söz əhlinə yar aşıqMüqəddəsdi, ağsaqqaldı, ozandı!

Ömür verib divarına, daşına,Yaş artırıb sözümüzün yaşına,Nanəcibin, müxənnətin başına,Bircə sözü min bir qaynar qazandı!

El zərgərdi, zəri seçdi, bəyəndi,Eldən gəlsə, şöhrət göyə dəyəndi.Dedilər ki, sinəsindən deyəndi,Demədilər hecalayıb yazandı!

Qonaq oldu hər yurda, hər oymağa,Tərif dedi Güləndama, Qaymağa.Sənətində balı qatdı qaymağa,El aşığı Əbədiyyət qazandı!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов