Eşqim torpaq, andım Vətən,Vurulmuşam hüsnünə mən.Bir gülünü bir göy çəmənSanmaq – mənim səadətim.

Çağlayaram bulaq kimi,Sevinərəm uşaq kimi.Bar altında budaq kimiSınmaq – mənim səadətim.

Bir ürəkdə gülsə bahar,Orda elin nəfəsi var.Qışın töksə üstümə qar,Donmaq – mənim səadətim.

Gül olaram torpağına,Göz olaram ocağına.Nəğmə olub dodağınaQonmaq – mənim səadətim.

Alov saçıb aya, ilə,Əriyərəm gilə-gilə.Azərbaycan, sevgin iləYanmaq – mənim səadətim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе