Yuva
Allahım, nəğməylə, cəhcəhlə doldurArı pətəyini, quş yuvasını.Qartalı ayırma öz zirvəsindən,Kəklik də qızdırsın daş yuvasını.
Deşir ürəyimi tikan ucutək,Hər saralan yarpaq, hər solan çiçək.Görən kəndimizdə kim isidəcəkÜşüyən evlərin boş yuvasını.
Yuva uçurmasın hiylənin toru,Nifrətin atəşi, qəzəbin qoru.Allahım, ürəkdə sən özün qoruBütün yuvaların baş yuvasını.
2007, 31 oktyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-yuva
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Könlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
QılmısanEşitmişəm bir neçə əhvalını,Bir özgəyə əhd-i vəfa qılmısan.
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,