Ovçu, ova çıxırsan,Silahını unutma!Bir damla qan axıtsan,Günahını unutma!

Dərvişəm deyən kişi,Dərvişlik paltarınıƏyninə geyən kişi,Hara gedirsənsə, get,Yaradanın, tanrınınDərgahını unutma!

Axşamdan yatan oğul,Bal kimi yuxularınƏtrinə batan oğul,Elə ayıl, elə yat,Zülmət gecələrdə dəDavam eyləsin həyat.Axşamını fikirləş,Sabahını unutma!

Ey dilində həmişə,Dedi-qodu gəzdirən,Qəlbində iblis məkri,Şeytan odu gəzdirən,Danışanda həmişəBaşının üstünə bax,Nəyi unutsan, unut,Allahını unutma!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов