Mən nəyinə lazımam?
Bəzən acığım tutur,hirs dağıdır qafamı,Kar olmaq istəyirəmhər şeyinə dünyanın.Dirsək dizdə, əl üzdə,can odda, baş qovğada,Boylanmaq istəyirəmyer-göyünə dünyanın.Sındırmaq istəyirəmçaldığım sazı belə,Nə sazına baxıram,nə neyinə dünyanın.Aciz qalıb əlində,insanlar aça bilmir,İşlərini kim salıbsərt düyünə dünyanın?Əlim sağ, ayağım sağ,Min düyündən biriniaça bilməmişəmsə,Mən nəyinə lazımam,de, nəyinə dünyanın?!
2004, 8 oktyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-men-neyine-lazimam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
MənəmMüşkül işə düşəndə çağırram səni,Yetiş fəryadıma ya İsa mənəm
شباب عمر عجب با شتاب میگذردبدین شتاب خدایا شباب میگذرد
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara