Sən Allah, dilinə qeybət gətirmə
Ulduzdan danışaq, Aydan danışaq,Çeşmədən, dənizdən, çaydan danışaq,Sevgidən, sevincdən, toydan danışaq.Palıd qətiyyətli oğullar görüb,Çinartək ucalan boydan danışaq,Sən Allah, dilinə qeybət gətirmə!
İşığam, sən məni zülmətə çəkmə,Aşkaram, sən məni xəlvətə çəkmə.Ayna ürəyimi, duru könlümüKinə, küdurətə, nifrətə çəkmə,Sən Allah, dilinə qeybət gətirmə!
Əlvan çiçəklərin baxışına bax,Çəməndə güllərin naxışına bax.Günəşin tərtəmiz şəfəqlərinə,Buludun dumduru yağışına bax.Yağışdan təmizlən, Günəşdən durulSən Allah, dilinə qeybət gətirmə!
Məğrur sarayları yıxdı, dağıtdı,Yurdun axırına çıxdı, dağıtdı.Qeybət ürəkləri sıxdı, dağıtdıSən Allah, dilinə qeybət gətirmə!
Hər könül mülkündən bir sərvət gətir,Ruzu, qismət gətir, hərəkət gətir.Yerdən genişlik al, göydən ucalıq,Dinəndə, dilinə təravət gətir,Amandı, dilinə qeybət gətirmə.
2001, 21 mart
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-sen-allah-diline-qeybet-getirme
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Gənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,
ÜçBir əcayib nəstə gördüm, kökü bir, budağı üç,Hər ağacdan altmış çiçək, yüz səksən yarpağı üç.
Ağ bənövşəBahar, səndə nə adətdir,Göy çəməndə mor bənövşə bitirirsən.