Bahar, səndə nə adətdir,
Göy çəməndə mor bənövşə bitirirsən.
Göy zəmidə ağ bənövşə,
rəngə dolmaz,
zəngin olmaz,
O çiçək ki, üzərinə kölgə düşə.


Amma, bunun təkcə özü ağ deyilmiş,
qoxusu ağ,
yuxusu ağ
sünbüllərin ayağına sığınanın
çoxusu ağ.


Bəlkə özü bilə-bilə əl çəkibdir,
nur payından,
su payından.
Təki, təki çörək olsun,
Çiçək çoxdur, tapar insan.


Aman Allah!
Çiçəyə bax!
Ürəyə bax!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Bu yer məşğuldur

(Replika)*Çox işlənən bir sual-cavabdı bu!

2 мин
Müşviq, yoxsa müşfiq, əhməddə, yoxsa əhməd də və yoxsa ilə iki toponim

Müşviq yoxsa Müşfiq?Sevimli şairimiz Mikayıl Müşfiqi kim tanımır ki? Di, gəl, bu başı bəlalı şairin adını aparıcılar, qəzetçilər, hətta müəllimlər də düz demir.

2 мин
İki toponim

Baba Zənan, yoxsa Baba Sənan? Salyan rayonunun yaxınlığında Baba Zənan adlı bir dağ var. Bu adı tərcümə eləyəndə Baba Zənan təxminən «Qadın Baba» dağı olur. Baba qadın olmaz ki? Bəs, bu nə deməkdir? Bir bunun mənasını açmaq istəyən yoxdur, bəyəm? Baba Zənan yer adı bu vaxta qədər nəşr olunan bütün xəritələrdə bu şəkildə yazılıb. Bütün Azərbaycan və rus coğrafiya dərsliklərində də eynən bu cür öyrədilir.Yalnız M.B.Baharlının kitabında həmin bu dağ Baba Sənan adlandırılmışdır. O yazır ki, «Salyanlı qocalarla söhbət etdik, onlar dedilər ki, bəli, orda (bir) pir vardı. Baba Sənan piri. Elə ona görə də bizlər o dağa Baba Sənan deyirik. O adı xəritəyə salan şəxs dili bilmədiyindən Sənanın yerinə Zənan yazmışdır və bu təhriflə ədəbiyyata daxil olmuşdur». («Azərbaycanın bəzi coğrafi adları» kitabı. Maarif nəşriyyatı, 1972, səh. 57). Bu kitabı yazanlar 1954-cü ildən bu suala cavab axtarırlar. O vaxtdan 55 il keçir. 55 ildir ki, alimlər nigaran qalıblar. Halbuki, cavab o sözün özündədir. Amma bu təhrifi nə bu adı xəritəyə salan şəxsin, nə də Salyan qocalarının adlarına çıxmayın. Onların zərrə qədər də suçları yoxdur.

3 мин
Üç qat qala divarı

Nəcib Fazil QısakürəkTürk dünyasının bu görkəmli şairinin adını ilk dəfə mən 60-cı illərdə «Sovremennaya tureçskaya poeziya» kitabında gördüm. Şeirlər hətta rus dilində də öz türklüyünü, sadəliyini, hecalığını və məxsusiliyini qoruyub saxlamışdı.

3 мин

Стихи других поэтов · О природе