Söz
Bütün gecə axtarmışam,Axşam itirdiyim sözü.İlham adlı bir ağacdan,Bar kimi dərdiyim sözü.
Mənzilə çatmaq istədim,Bəxti oyatmaq istədim,Ox kimi atmaq istədim,Yay kimi gəzdiyim sözü.
Dərd yükümü ağırladı,Dəftər-qələm fağırladı,Qəlbimdən kim oğurladı,Qəlbinə girdiyim sözü?
2003, aprel
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-soz-5
Клавиши ← → для перехода, R — случайное стихотворение