Torba-corab
Nənəm torba tikərdi,Qurudulmuş otlarıDoldurardı torbayaqışa ehtiyat üçün.Görülən hər ehtiyatlazımdı həyat üçün.Bu gün soğan doğrayıriştahına, aşına,Torba tikir çoxlarıbir-birinin başına.Nənəmin torbasındankəklikotu, əvəlik,nanə, reyhan çıxardı.Bugünkü torbalardanşeytan çıxır, cin çıxır.Nənəmin torbasındanbin-bərəkət çıxardı,Bugünkü torbalardannifrət çıxır, kin çıxır.Nənəm corab hörərdiQışda ayağımızıisti saxlamaq üçün.Bu gün corab hörürlərBaşa keçirmək üçün,başda yoxlamaq üçün.Axır ki, bu dünyanınyaman çıxıb xarabı,Hardasan, hayandasan,Ay anamın torbası,ay nənəmin corabı?2007, 14 iyul
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-torba-corab
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qoru mənliyini od qoruyantək,İsmət qoruyantək, ad qoruyantək.
Xeyir-dua ver, ana!Uzun yola çıxmışam,yol uzaqdan uzaqdı,
Qəfil gələn sevinc nə gözəl olurÖzün də bilmirsən harda gizlənir,Çiçəyə bürünür, qarda gizlənir.
İlahi sevgilərQəlbində ocaq var, əlində od var,Mənə öz qəlbini, öz əlini ver.