Türk və İslam
Türk islamın dayağıdır,islam türkün bayrağılZəlimxan Yaqub
Ey tək olan AllahımlDünyanı bizdən ötrübir tamaşa yaratdın,Nə varsa cüt eylədin,nə var qoşa yaratdın.Ulduzları bələdçi,nuru mayak yaratdın,Əlyetişməz göylərəyeri dayaq yaratdın.İşıqlandı zirvələrüfüqləri öpəndə,Bulud göyə güvəndiyağışını səpəndə.Düz düzə arxalandı,dağlar dağa güvəndi,Nə ki yaradılan varbu torpağa güvəndi.Heç nə yaşaya bilməzsağı-solu olmasa,Heç nə var ola bilməzHaqqa yolu olmasa.Arxa nədir, dayaq nə,nişan verdi bizlərə,Çeşmələr arxalandıçaylara, dənizlərə.Nə ki səhrada qum var,Nə ki suda balıq var,Hamısı gözəl bilirBütün yaradılmışıyaradan bir Xalıq varlİmansız millət olmaz,Allahsız bir məmləkət,Dindən-imandan gəlirhər şeyə bar-bərəkət.Bu fikrə zərrə qədərnə şübhə, nə güman var,Harda Allah eşqi var,orda din var, iman var.Tariximə baxsalar,ululardan uluyam,Tanrıya sevgilərlə,dualarla doluyam.Xəlq olunandan bəşər,Çarpışandan haqla şər,Haqdan cücərib bitənTürkün oğlu mənəm, mənl
Hələ ilk yaranışdan,Haqq uğrunda yarışdanNə can doydu, nə də tən,Yer-göy mənə bir Vətən,Türkün oğlu mənəm, mənl
Burda zamanı saxla,tarixləri varaqla,Bax: min üstə minim var,Adəm gəldiyi gündənmənim sevgi dinim var.Sevgi, məhəbbət dini,işıq, mərhəmət dinilYolum islam yoludur,dinim Məhəmməd dinilHaqqın vuran ürəyi,eşqi, ağlı mənəm, mən.Saçından dırnağınaYaradana — Allaha — Haqqabağlı mənəm, mənl
Bir güllə yaz açılmaz,gülüstan olmaq gərək,Bir sözlə dil açılmaz,bir dastan olmaq gərək.Göytürklər, ağüzlülərHaqqı dərkə güvəndi,Türk islama tapındı,islam türkə güvəndi.Bir-bir xatırlayıramhər milləti, hər soyu,Burda yada salıramMəhmət Akif Ərsoyu:“Türk ərəbsiz yaşamaz,kimsə yaşar der, dəlidir,Türk ərəbin sağ gözü,həm sağ əlidirl”Mən bu gün sağ gözümdən,sağ əlimdən yazıram,Doğru olan, haqq olanəməlimdən yazıram.Təzə həyat gələndəömrünə, həyatına,Peyğəmbər ucalandagöyün yeddi qatınaCana nəfəs verdilər,nəfəsə can verdilər,Türk islam ordusunumerac mərtəbəsindəona nişan verdilər”lMəhəbbətlə, həvəsləboylandı yerə sarı,Gördü ağ atlılar var,Yeldən qanadlılar var,Tutub bütün düzləri,tutub bütün yolları,Soruşdu Cəbrayıldan:“Kimlərdi at çapanlar?”“Türk-islam ordusudur,Ya Həzrəti MəhəmmədlSabah onlar olacaqSənin arzularınıQeyrət ilə yoğurub,qüdrət ilə yapanlarlSabah onlar olacaqİslamın varlığınaəriyənlər, hopanlarlSabah onlar olacaqSənin eşqinlə bağlıxoşbəxtliyi tapanlar1”Yetişdi PeyğəmbərəCəbrayılın cavabı.Cəbrayılın sözüyləƏrş üzündə açıldıTürkün qızıl kitabıl
Peyğəmbərim buyurdu:“Türk dilini öyrənin””Yeri, göyü, varlığıdərk dilini öyrəninlSevgi, barış dilini,ərk dilini öyrəninl”O, bu dildə dinininsabahını görürdü,Tükənməz ümidini,pənahını görürdü.
O bilirdi nə deməkditürkün kəskin qılıncı,Din yolunda şəhidlikdə,din yolunda savaşdaTürkün sınmaz vüqarını,silahını görürdü.Yox, qılıncın gücünəmüsəlman olmadılar,İlk dəfə ana kimiqucaq açdı islamayurdun şanlı türklərilBuğra xanın yuxusuçevrildi həqiqətə,Qaldırdı bayrağınıQaraxanlı türklərilDüşmən uydurmasıdı“Qılınc müsəlmanlığıl”Ruhundaydı türklərinislam qəhrəmanlığı.Türkün tək Tanrısıylaərəbin tək AllahıMətləbdə, mahiyyətdəeyniyyətdir, eynidir.İslam türkün ürəyi,türk islamın beynidirlBağlandı PeyğəmbərəƏn möhtəşəm millətinqəlbi, ürəyi, canı,Səhər yerdən durandaMüsəlman kimi durduTürkün şanlı xaqanılPeyğəmbərin şəninəBalasaqunlu Yusifyazdı ilk türk şeirini,Yəsəvi Əhmədininyaratdığı “Divan”daTapdı islam da, türk dəöz müqəddəs yerinilQaşqarlı Mahmudumun“Türk lüğəti divanı”Türkün Haqqa qovuşan,Peyğəmbərə yetişənən uca nərdivanılO vaxtdan bu zamanaTürk islamın yolundaoxu qoydu kamana,Aşdı aşılmaz olandivarları, sədləri,Türkün də, islamın daböyüdü sərhədlərilSəsin mənzili uca,sözün dəryası dərin,Yetdi, yerinə yetdiTürkə, islama bağlıHər arzusu, istəyiHəzrəti PeyğəmbəriniBir ordudu, bir qoşunduoğulların hərəsi,Bütün ərzi silkələdihər çəkilən nərəsi.Bu dünyanın yeri, göyü,bağı, bəndi, bərəsi...Aydınlığa çıxmaq üçüno yandırdı çırağı,Türk islamın dayağıdı,islam türkün bayrağıl
Gözüm üstə ziyarətdi,başım üstə tavandı,Hər fəsadı, faciənibaşımızdan qovandı,Nə yaşı var, bu din hələcavanlardan cavandı,Min illəri keçib-gedəronun səsi, sorağı,Türk islamın dayağıdı,islam türkün bayrağıl
Düz tanıdı, düz öyrəndiöz əslini, zatını,Gündoğandan günbatanaçapıb getdi atını.Yeddi yerdə, yeddi göydətapdı yeddi qatını,Qiyamətin gününədəkpas tutmasın yarağı,Türk islamın dayağıdı,islam türkün bayrağıl
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-turk-ve-islam
Клавиши ← → для перехода, R — случайное стихотворение