Səndən uzaqlarda günüm gün deyil,Suya həsrət qalan dodaq kimiyəm.Günəş gündüzümü qızdıra bilmir,Gecələr qaranlıq otaq kimiyəm.

Doğma nəfəsinə ləliyəm, acam,Közün ortasında qovrulan sacam.Qürbətin şimşəyi vurmuş ağacam,Sınıb yerə düşən budaq kimiyəm.

Ey qoynu gülüstan, qucağı cənnət,Kimi qocaltmayıb dünyada həsrət.Vətən cəsarətdi, qürbət əsarət,Yad eldə kimsəsiz uşaq kimiyəm.

2011, 6 fevral

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке