Ucalmasaydı
Dağlara baxanda qanadlanıram,Həyat gözlərimdə gülür yaz kimi.Koroğlu zirvələr öpür alnımı,Səfərdən qayıdan xan Eyvaz kimi.
Bu məğrur qayalar, bu uca dağlar,Ana təbiətin verdiyi paydı.Zirvələr özünü yetim sayardı,İnsan o yerlərə ucalmasaydı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-ucalmasaydi
Клавиши ← → для перехода, R — случайное стихотворение