Gözlərimi açan gündənağlamışam ömrümə,Bu dünya bir qəm dənizi,qəlbim onun adası.

Ürək varsa, çəkməlidirqayğıların yükünü,Damaq varsa, qəm suyunudadasıdır, dadası.Quruca bir təsəllidir,desəm, “ahın dağlara”,Ahın dağda nə işi var,cana gəlir qadası.

Nə yaxşı ki, acılarınbaldan şirin şeiri var,Dərimizin dərmanıdı,ruhumuzun qidası.

Sevinci də mənə xoşdu,həsrəti də, qəmi də,Ümid yerim tək Allahdı,canım onun fədası.

2003, 3 yanvar

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов