Yorulmasın haqq yolunda yeriyən
Qara bulud, örtmə Ayın üzünü,Göyə baxım, işıq görüm, nur görüm.Dəli tufan, çalxalama dənizi,Qoy, dibində inci görüm, dürr görüm.
Yorğun salıb daşa salma yolumu,Tez yağdırma yağışımı, dolumu.Qoca dünya, qandallama qolumu,Tilsim qırım, xəznə tapım, sirr görüm.
Yorulmasın haqq yolunda yeriyən,Yarımasın ruh sındıran, ər əyən.Nifrətləri toza dönüb əriyən,Sevgiləri qaynar görüm, gur görüm.
2002, 22 iyun
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-yorulmasin-haqq-yolunda-yeriyen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Güldürər üzünü yar, yar olanda,Dili şəkər eylər, sözü qənd eylər.
DamcılarGöyün ətəyindən üzülər əli,Üzünün üstündə gələr damcılar.
SənəBağrıma basıram gecələri mən,Axşamda, səhərdə səni gəzirəm.
Yuxunun əlindən alıb gecəniYuxunun əlindən alıb gecəni,Bir sirdaş olmuşam əriyən şama.