Güldürər üzünü yar, yar olanda,Dili şəkər eylər, sözü qənd eylər.İncisən, könlünü almaq eşqinəQara saçlarını bir kəmənd eylər.

Ürək öz gücünü sevgidən ala,Döndərər ömrünü şərbətə, bala.Məhəbbət bir evi qoymaz tək qala,Neçə şəhər eylər, neçə kənd eylər.

1974, 17 yanvar

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви