Heyifdir bu ömür, heyifdir bu gün,Kül kimi sovurub küləyə vermə.Bir göz qırpımından tez keçir illər,Onu küyə vermə, kələyə vermə.

Doğan günəşi var, yanan şamı var,İçməyə həmişə şirin camı var.Gör Haqqın nə qədər xoş kəlamı var,Dili şikayətə, gileyə vermə.

Səndən ətir umur, çiçək istəyir,Həqiqət gözləyir, gerçək istəyir.Sevgi zor istəmir, ürək istəyir,Gücü ürəyə ver, biləyə vermə.

Ölüm sahillərə yan almaqdadı,Qan töküb, qan salıb, qan almaqdadı.Fələk addımbaşı can almaqdadı,Canı tez-tələsik fələyə vermə.

2004, 18 fevral Kislovodsk

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви