Can üstündə
Gördüm bir əl uzandı zülmətdən mənə doğru,Qapımı döydülər ki, ömrün başa yetişdi.
Neçə dəfə can atdım ölümü öldürməyə,Fürsət Əzrayıl adlı ağlı çaşa yetişdi.
Aşından çox yemişəm daşını bu dünyanın,Ağzım aşa yetəndə başım daşa yetişdi.
Yüzdən o tərəfi çox qalmağın şərəfi yox,Nə olsun insan ömrü neçə yaşa yetişdi.
Çoxunun ürəyindən ölməzlik gəldi-keçdi,Ona nə xan qovuşdu, nə də paşa yetişdi!!!
2004, 26 oktyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-can-ustunde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О смерти
Cananə üçündü zindəganlıq,Cananəsiz ömrdü ziyanlıq,
Həsrətin dərdindən, ey can, bağrım oldu parələrHəsrətin dərdindən, ey can, bağrım oldu parələr,Suzi-eşqin yürəgimdə hər dəm eylər yarələr.
Müxəmməs: Qorxum bu ki canım çıxa qəmxar gəlincəQorxum bu ki canım çıxa qəmxar gəlincəCan ayrıla təndən gül və bixar gəlincə
İlahi bir ziddiyət...Yaşadıb ilahi bir ziddiyətiBir boğaz yaranır iki axından.