Ələsgər
Sinəmdə ürəyim daşa dönməyə,Ey mənim könlümün maralı, qoyma.Sənsiz xəzəl düşər ömür bağçama,Eşqimin yolunu qar aldı, qoyma!
Belinə od düşsə başı yandırar,Üzümü gözümün yaşı yandırar.Həsrətim alışar, daşı yandırar,Ürəyi ürəkdən aralı qoyma!
Təbibsən, əlacım yalnız səndədi,Sənsiz onu bil ki, can kəfəndədi.Məhəbbət əhlidi, sevən bəndədi,Yaşat aşiqini, yaralı qoyma!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-elesger
Клавиши ← → для перехода, R — случайное стихотворение