Gəl
İlahi, eşit məni,Ün salmışam ərzə, gəl!Niyə sənə yetişmir,Mən yazdığım ərzə, gəl!
Ayran coşdu, yağ itdi,Düz əridi, dağ itdi.Bizi yedi, dağıtdı,İlan, əqrəb, gürzə, gəl!
Yel kimi yollarda əs,Tələs, gəlməyə tələs.Öz əlinlə özün kəs,Bitsin hədyan, hərzə, gəl!
Baxıb, seyrə gəlməsən,Xeyrə-şərə gəlməsən,Enib yerə gəlməsən,Sallam göyə lərzə, gəl!
Çoxdu zəhər içirən,Çoxdu ocaq keçirən.Sən deyən, mən köçürən,Olum haqqa mirzə, gəl!
2002, 31 mart
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-gel-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu dağ özülündən aşmamalıydı,Bu dağ öz fikrində çaşmamalıydı.
QalırDünənlər keçmişdədi, sabahlar gələcəkdə,Olanlar oldu getdi, olacaqlar sirr qalır.
Ölü basdırırıq hər gün ürəkdəÖlü basdırırıq hər gün ürəkdə,Yalan diriləndə həqiqət ölür.
Ey təzə qəbrin sahibiEy təzə qəbrin sahibi,Sən var idin, yoxsan daha.
Стихи других поэтов
Seyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
Gülən xanımın çiçəkləriTürk Dünyası Araşdırmaları vaqfının başqanı*Turan Yazqana və həyat yoldaşı Gülən xanıma*
Cövri-rəqib, sərzənişi-əhli-ruzigarCövri-rəqib, sərzənişi-əhli-ruzigarQoymaz qılam bu dərdi-dili yarə aşikar.