Dünənlər keçmişdədi, sabahlar gələcəkdə,Olanlar oldu getdi, olacaqlar sirr qalır.Sualların sonu yox, cavabların nöqtəsi,Bir fikrə qovuşursan, başda min fikir qalır.Yaşatdığı ömürdən, yaratdığı həyatdanKiminə tərif qalır, kiminə təhqir qalır.Dünyanın dünya boyda varından, dövlətindənHər Allah bəndəsinə sonda bir qəbir qalır.

2002, 23 mart

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов