Ölü basdırırıq hər gün ürəkdə,Yalan diriləndə həqiqət ölür.Ölən həqiqətin qırxı çıxmamış,Dalınca min cürə xoş adət ölür.

Qurub çadırını, yasxanasını,Tuturuq ölənin beş gün yasını.Ürək var, ölüm də yumur pasını,O, diri qaldıqca ləyaqət ölür.

Görür ki, nahaqdan düşəcək qana,Abır yavaş-yavaş çəkilir yana.Elə ki, xəyanət girir meydana,Çürüyür içindən, cəsarət ölür.

Məkr, dedi-qodu, hiylə, daşqalaq,Yüz yerdən peyvənddi, min yerdən calaq.Yığılır üstünə qəm qalaq-qalaq,Dərdin tufanında təravət ölür.

Allahı, tanrını salmır yadına,Gedir fitnələrin, gedir badına.Çağırsan, Allah da çatmır dadına,Göz açıb görürsən bir millət ölür.

2002, 13 yanvar

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви