Ey təzə qəbrin sahibi
Ey təzə qəbrin sahibi,Sən var idin, yoxsan daha.Çəkən çəkdi, atan atdı,Yaydan çıxan oxsan daha.
Suyu torpağa qatdılar,Göz yaşıyla islatdılar.Gözünə torpaq atdılar,Gözü-könlü toxsan daha.
Yunus kimi dərya bizim,Məcnun kimi səhra bizim,Bu yalançı dünya bizim,Sən haqdasan, haqsan daha.
Ey təzə qəbrin sahibi,Dözümün, səbrin sahibi,İnsaf, iman, din sahibi,Beşcə arşın ağsan daha.
Suyu bulanmış dəhnədi,Bu dünya qanlı səhnədi.Sənin də qəbrin köhnədi,Bir ovuc torpaqsan daha.
2001, 15 aprel
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-ey-teze-qebrin-sahibi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sinəmdə bir dünya yatır,Həm sevinci, həm qəmi var.
Mən olaydımƏlində bir dəstə gül, dağdan düzə enəndə,Gözəlin dodağında bayatı mən olaydım.
SazYuxuda gördüm dinir sinəmdə sədəfli saz,Coşub nəğmə deyirəm, könlüm edibdi pərvaz.
OlurHəyat qəribədir, budağın üstəHəm qızılgül olur, həm tikan olur.
Стихи других поэтов · О родине
Harda gözlərini açdın dünyaya,Qaynayıb, qarışdın elə, obaya,
Daryaş Balaşq söylənciParsel birdən qalxdı, durdu ayağa,Yerinc yıxır, şah devirir el gücü.
BalabançıMən heç öz dərdimi çəkə bilmirəm,Dolanır zamana çaş, balabançı.
Bir gecəlik Kür olmuşamSahilində qaldım Kürün,Verdim Kürlə baş-başa mən.