Ürəyimdə
Azərbaycan bir nəğmədir,Sözü mənim ürəyimdə.Eşqi uca zirvələrdə,Özü mənim ürəyimdə.
Nə qorxusu qışın, qarın,Nə vaxt olsa seyrə varın.O çağlayan bulaqlarınGözü mənim ürəyimdə.
Döyüşdədir hər gün, hər ay,Düşmən üstə, çəkir haray –Qafur, Mehdi, Cəmil, Gəray,Həzi – mənim ürəyimdə.
Gözüm qaynar gözə baxdı,Alov əmdim körpə vaxtı.Ana Vətən bir ocaqdı,Közü mənim ürəyimdə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-ureyimde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Dilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
Nə üçünMən artıq nə yazım yurduma dair,Düşmən zəhər saçır, dostlar gizlənir.
Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənümGül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.
Didərginlər(Saleh Gəncər və başqaları)Qərib yer cənnət olsa,*