Aman, Allah
Adəm bir buğda yemişdi,İndi zəmi yeyənlər var.“Ac qalmışam” deyə-deyəBu aləmi yeyənlər var,İştaha bax, aman Allah!
Daş da olsa əridəsiBaşdan hündür qarınlar var.Hazırına nazir olanQarın yüklü harınlar var,Tamaha bax, aman Allah!
Bircə qarış torpaq üstəÖldürənlər, ölənlər var.Xalqı alıb çörək kimiTikə-tikə bölənlər var,Günaha bax, aman Allah!
Bir əjdaha ağız açıb,Çaylar ona bəs eləmir.Hələ ki ağzı sudadı,Çox hündürdən səs eyləmir,Timsaha bax, aman Allah!
Bu dəyirman dəni yedi,Keçib bizi üyütməyə.Basılmalı düymələr var,Dərdimizi böyütməyə,Silaha bax, aman Allah!
Qurdalasa, qurdu çıxar,Dərinə getmək istəmir.Üzü yerdən elə dönübBizi eşitmək istəmir.Allaha bax, aman Allah!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-aman-allah
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Bəh-bəh, kənə bu çay nədəndir? Bu yəqindir ki, bunun əslini Allah yaradıb xəlqə, vəli Kızlı imiş tapdı bu dürri-ədəni, xarici məzhəb.Edib afaqə huveyda, salıb aləmlərə ğovğa qılıb hər işrəti icad eyləyib, Çayi-Xətanı adını qoydu Xətayi, belə pərmikər xətadır bu xətayı.
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydıМой бог, как было б хорошо не знать, какой нам жребий дан.Когда бы не было меня, познавшей горе и обман.
Son mənzildə haqq-hesabSual: – Dünyadan nə gətirmisən,Nə tapıb, nə itirmisən?
Xəbər verHökumət məqamında əyləşən alim,Əvvəl mənə Yamən Hudan xəbər ver.