Var
Yanağımda bu gün yenəsevinc yaşı sellənir,Heç bilmirəm gözlərimdəçaymı var, bulaqmı var?!Ucalıram ana yurdunqüdrətini görəndə,İnsan üçün bundan gözəlsəsmi var, soraqmı var?!
Zəhmət oğlu söhbət açırtorpaq adlı yarından,El gözəli xonça tuturbu zəhmətin barından.Gözüm, könlüm necə doysuntəbiətin varından,Ətirsiz bağ, gülsüz çəmən,nəğməsiz dodaqmı var?!
Gözlərimdə yaşadıramnaxışları, izləri,Ürəyimdə yaşadıramnəğmələri, sözləri.Ey xalqımın məhəbbəti,ey anamın gözləri,Məndən ötrü sizin üçünmüqəddəs ocaqmı var?!
Qazandığı hər uğuraxoş bir arzu, kam dedim,Çağlamaqdan yorulmasınbu yolda ilham dedim.Dənizinə məhəbbətim,dağına arxam dedim,Vətən kimi şirin nemət,el kimi dayaqmı var?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-var-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
İstəyirəm qaçam diyarbadiyar,Könül vətənindən əl çəkə bilməz.
SevincBu gün mən dolaşırkən, bu əmək torpağındaSaçlarım təbiətin bülluri darağında
Fərhad mənəm kim, belə şirinsüxənim varFərhad mənəm kim, belə şirinsüxənim var,Bir arizi gülgun, ləbi şəkkər-şikənim var.
YazdımAŞIQ ALIMin rəhmət söylərəm kamil ustada,