Görüş
Ellərlə görüşüm çox şirin oldu,Arılar baş qoydu gülümün üstə!Elə çiçəklədi sözlər, kəlmələr,Bir çəmən göyərdi dilimin üstə!
Ötmədi mənasız, hədər bir anım,Odlu duyğularla qaynadı qanım.Sevgidən Kərəmtək alışdı canım,Sevənlər baş əydi külümün üstə!
Şöhrətdə ən uca zirvəyə tənəm,Günəşəm, buludam, yağışam, çənəm.Gördüm bu dünyanın anası mənəm,Dünya bir körpədi qolumun üstə.
Cahanı dolaşan səyyah olmuşam,Zəlimxan, çox şeydən agah olmuşam.Sanki el içində Allah olmuşam,Özgə bir əl yoxdu əlimin üstə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-gorus
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kökü baltalanmış ağaca döndüm,Qupquru çürüyüb qaxaca döndüm,
Bir vaxtBir vaxt uşaq idim, qürrələnərdim,Özümü hamıdan yekə bilərdim.
Narahat olmaSəndə hünəri var yer ilə göyün,Adınla, eşqinlə fəxr elə, öyün.
DünyadaÜrəyin bir dərya sevinci olsa,Bir damla kədərdən azdı, dünyada.
Стихи других поэтов · О любви
Ey ağalar necə olurHalı yardan ayrılanın
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.