Vətən
Mən sənə – illər boyuEşqi ilə dindiyim,Nurunda işıqlanıbOduna isindiyim,Qarşısında diz çökübSəcdəsinə endiyim,Ocaq kimi baxıram!
Mən sənə – yer, yatağıDağ-aranlı, binəli,Başı ağır yığnaqlı,Özü qaynar sinəli,Şirin-şəkər nəğməli,Tükənməz xəzinəliBulaq kimi baxıram!
Mən sənə – ağırlaşıb,Yavaş-yavaş gərilən,Çiçəyiylə, gülüylə,Qədəmlərə sərilən,Bol əlli, bol ətəkli,Dərildikcə dərilən,Budaq kimi baxıram!
Mən sənə içdiyim su,Çəkdiyim nəfəs kimi.Varlığımı yaşadan,Ruh kimi, həvəs kimi,Zirvələrə səsləyən,Uğurlu bir səs kimi,Soraq kimi baxıram!
Mən sənə – fəsil-fəsilGül açan, bar yetirən,Qarlı qışın içində,Nurlu bahar yetirən,Hamıdan çox yaradan,Hamıya var yetirən,Torpaq kimi baxıram!
Mən sənə – döyüş günüDüşündüyüm, andığım,Başdan uca tutduğum,Dağdan uca sandığım,Şöhrətini, rəngini,Qanımla qazandığım,Bayraq kimi baxıram!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-veten
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qayası qartallı məğrur dağ oldun,Şimşəkdən qoruya bilmədim səni.
MeylimizUçdu bir gün yuvasından quş kimi,Sevdasına təzə düşdü meylimiz.
Əllərin nəğməsiSizə gülmü deyim, çiçəkmi deyim,Gül yığan, gül açan, gül dərən əllər.
Bir içim dediÇəmənlə, çiçəklə, çayla görüşdüm,Biri gəz, biri dər, biri çim dedi.
Стихи других поэтов
Yoxdur aləmdə o şuxi-məhi-tabanə əvəz,Səri-kuyidir onun rovzeyi-rizvana əvəz.
QəhvəQoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,
EllərəMüshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,