Bu kənd daha mən gördüyüm o kənd deyil,Nə ocaq var, nə tüstülü baca qalıb.Oğul-uşaq səpələnib uzaqlara,Ortalıqda qarı qalıb, qoca qalıb.

Dörd göz ilə saza baxmır uşaqları,Məclislərdə qoşalaşmır aşıqları,Orda-burda öləziyir işıqları,Xəyalımda bir ulduzlu gecə qalıb.

Yetim evlər qəlbə ağrı, ürəyə yük,Qıfıllanmış qapıların dərdi böyük,Gedənlərin çoxu sönük, çoxu dönük,Qalanların çoxu başı uca qalıb.

2002, 1 fevral

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов