Yola çıxmaq nə gözəldi,Yollara yoldaş olasan.Səndən ötrü gen açılan,Qollara yoldaş olasan.

Ağlayasan, kiriyəsən,Dincələsən, yeriyəsən.Yazda qarnan əriyəsən,Sellərə yoldaş olasan.

Fikir düzlərdən atlana,Dağların dili qatlana.Dəli könül qanadlana,Ellərə yoldaş olasan.

Yana-yana, duya-duya,Qarışasan oda, suya.Gedəndə şirin yuxuya,Güllərə yoldaş olasan.

Atasan nəfsin çulunu,Həm varını, həm pulunu.Tapasan haqqın qulunu,Qullara yoldaş olasan.

2001, 11 fevral

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов