Xeyri nədir?
Ətəyində çiçək dəribZirvəsinə vurulmasan,Sularından içən zamanÇeşmə kimi durulmasan,Enişində asta enib,Yoxuşunda yorulmasan,Nə bilərsən bu dağlarınNəğməsi nə, şeiri nədir?
Qayaların sinəsindəŞimşəklərin möhrünə bax.Gündə yeddi rəngə düşən,Buludların sehrinə bax.Şah palıdın torpaq iləÜlfətinə, mehrinə bax.Ürək duyar, ilham bilər,Təbiətin seyri nədir!
Bağlamasan öz könlünü,Ən müqəddəs diləklərə.İşıq olub, nura dönübSüzülməsən ürəklərə,Ötən ömrü, keçən günüYem eləsən küləklərə,Min il yaşa bu dünyada,Dünya üçün xeyri nədir?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-xeyri-nedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Başladı novbahar, çəmən seyrinə,Çıxıbdı gözəllər, ay yaz ayları.
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcanEy qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
Avey dağla söhbətAvey dağım, mən zirvəndə itəydim,Bir gül olub, daş sinəndə bitəydim,
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördümVücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.