Xudafərin
Qəlbi sınıq gördüm Xudafərini,Bağrı yanıq gördüm Xudafərini,Gözü qıpıq gördüm Xudafərini,Tarixdən aldığı zərbələrə bax,Alnı çapıq gördüm Xudafərini.
Boyun bükən gördüm Xudafərini,Dizə çökən gördüm Xudafərini,Ciyər sökən gördüm Xudafərini,Araz göz yaşıdı, sulanıb gedir,Qan-yaş tökən gördüm Xudafərini.
Xeyli var, sevinclə aram sərindi,Xeyli var, sağalmır, yaram dərindi.Keçdi iki yüzü illərin sayı,Fürsət düşmənindi, meydan sənindi.Yaxşı bax içimə, ay Vətən oğlu,Yaxşı bax köçümə, ay Vətən oğlu,Zəlimxan özü də xaraba qalmış,Tağları sökülmüş Xudafərindi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-xudaferin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Ya Rəbb, bu elin bülbüli-şeydalari qaçqın,Bağbanı didərgin güli-rənaləri qaçqın.
Müstəzad: Ey dil, gecələr sübhə dəkin yar eşiyindəEy dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,
Рубайят, 144ای یاد تو تسبیح زبان و لب مناندیشهٔ تو مونس روز و شب من
Bax (Qaranı)Qul Qaranı:*Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,