Behcət Kamal Çağların xatirəsinə

Suları çıraqlıdı,Saçları daraqlıdı,Naz eləsə haqlıdıTarsusun şəlaləsi.

Həm yürüş, həm yarışdı,Haqqa doğru varışdı,Həm savaş, həm barışdı,Tarsusun şəlaləsi.

O çağlaya, yar susa,Kaman susa, tar susa,Bir vergidi TarsusaTarsusun şəlaləsi.

Ruhumu şən eylədi,Dağlara tən eylədi,Məni məndən eylədi,Tarsusun şəlaləsi.

Yaylağı yaylam oldu,Suları laylam oldu.Məcnunam, Leylam oldu,Tarsusun şəlaləsi.

Gecə-gündüz oxuyur,Səs çələngi toxuyur,Qaracoğlan qoxuyur,Tarsusun şəlaləsi.

Özünə arxa bilibGüvəndiyi dağları.Məndən əvvəl coşdurubBehcət Kamal Çağları,Tarsusun şəlaləsi.

Adana, Türkiyə, 2009, 28 sentyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов