Şeirimə, sözümə
Bir gün ayrı düşdük, qarlı QoşqarınBaşında mən yandım, ətəyində sən.Eləmi göynətdi həsrətin məni,Olma bir çobanın tütəyindəsən.
Sən bir Yaxşısansa, mən də Sarıyam,Hər yerdə, hər zaman sənə sarıyam.Güllərin gözündən öpən arıyam,Ömrümün şanında, pətəyindəsən.
Yorulsam yolların yoxuşlarında,Taparam həyatı naxışlarında.Həm anaların baxışlarında,Həm ataların kötəyindəsən.
Özülsüz şöhrəti yellər uçurur,Deşməsin sinəni yersiz bir qürur.Qarşıda nə qədər zirvələr durur,Sən hələ dağların ətəyindəsən.
1975, 26 iyul
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-seirime-sozume
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Ölən dünyam” romanını göz yaşları içində*birnəfəsə oxudum. Sarsıldım. Bu əsəri yazana kimi*
Əmrah dayıQışın oğlan vaxtı bir hava çaldın,Açıldı könlümdə yaz, Əmrah dayı.
Aşıq Kamandara məktubAğrını, azarı qoyma yaxına,Durma, usta tərpən, usta Kamandar.
ÖldürürBu şeir Ağdaş rayonunda, böyük şairimiz*Maqsud Şeyxzadənin anadan olmasının 85 illik*