Getdin
Getdin,gecələriminşirin yuxusunu apardın.Könlümünsevinc, fərəh duyğusunu apardın.Həsrətim, hicranım mənim,
Ümidim, gümanım mənim.Açılan çiçəyə,Suyun aynasına,Sevişən quşlarınaxşam sevdasınaBaxıb-baxıb sevinəbilmirəm.Sən gedəndən bəri,a qızım,Doyunca deyib-gülə bilmirəm,dinə bilmirəm...Həsrətim, hicranım mənim,Ümidim, gümanım mənim...Uzaq, qərib bir ölkəyəişıq apardın...Boz qumlara, boz qayalaraYaraşıq apardın...Ağlın, kamalınla,Şux təbiətin,zərif xəyalınla...Arzum budur, qızım,Qədəmlərinlə həmişəNurlu günəşi andırasan...Harda qaranlıq içindəyaşayırsa insanlar,Orda işıq yandırasan...
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-getdin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir ürək oxşamaq, yara bağlamaq,İnsanlıq borcudur, analıq borcu.
SəninDünyadan nə qədər Ariflər gedib,Hələ çox cavandı Arifin sənin.
Kaş ki bu dünyanın kədəri, yasıKaş ki bu dünyanın kədəri, yası,Bir boz duman kimi uçub gedəydi.
Nə yaxşı dünyada vardır etibarNə yaxşı dünyada vardır etibar,Dostluğun qırılmaz telləri vardır.