Şair Hüseyn Arifə
Bir ürək oxşamaq, yara bağlamaq,İnsanlıq borcudur, analıq borcu.Sənin ürəyinə dəyən neştərinMənim ürəyimə dəydi bir ucu.
Bir damcı təsəlli olsaydı sənə,Bir dərya göz yaşı axıdardım mən,Başının üstündən qara buluduQəlbimin ahıyla dağıdardım mən.
Uzatdı əlini amansız ölüm,Körpəcə budağı sərdi torpağa.İşıqlı dünyada beşcə gün onuQoymadı bir əziz qonaq olmağa.
Özgə ağrısına biganə olmaq,Nə sənə, nə mənə yaraşmaz, qardaş.Şair ürəyilə gəldik dünyaya,Şair təbiətli olmayaydıq kaş.
...Mən sənə təsəlli vermirəm, qardaş,Təsəllin yazdığın şeirlər olsun.Sənət sarayına qoyduğun hər daş,Sənə həm təsəlli, həm hünər olsun.7-8 aprel, 1977
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-sair-huseyn-arife
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hər gün yeni bir zəfərə açılanda aydın səhərSənin parlaq gözlərində şəfəqlənir düşüncələr.
RəvayətSüni nəvazişlər, soyuq busələr,Təlxəklər, rəqqasələr,
Əqrəb və qurbağaMeşə yanırdı,Kol-kos alovlanırdı,
Mən sükut istəmirəmMən sükut istəmirəm,sükutun dili laldır.
Стихи других поэтов
Dünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
EdərAralıqda itib hökmi-şəriət,Xahişlərin eyləyirlər təriqət,
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.