Hər gün yeni bir zəfərə açılanda aydın səhərSənin parlaq gözlərində şəfəqlənir düşüncələr.Sən vətənin baharıyla qocalmayıb cavan qaldın,Azad, gözəl bir dünyada qüvvət aldın, ilham aldın.Qışın təmiz qarı kimi ağarsa da gur saçlarınGözlərində sevinci var azad, şanlı bir baharın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Sağlıqla qal, yaxın qonşu!

Moskvadan bizi Türkiyəyə yola salan bir dostumuz “gələndə qərənfil gətirin”, – dedi. Dostumuzun arzusunu unutmamışdım. Biz Ankaranı tərk edib “Esen boğa” aerodromuna doğru yola düşəndə Türkiyənin qərənfilləri hələ yuxuda idi. Üfüqdən görünən ilk qızartılar şehli qərənfilləri oyatmağa gedirdi. Türklər laləyə gəlincik, yasəmənə leylak deyirlər. Asfalt yolun hər iki tərəfində yaşıl otlar və taxıllar arasından boylanan lalə-gəlinciklər bizə sanki salam göndərir, qara-qırmızı başlarını sübhün həzin nəsimi altında yırğalayırdılar. “Esen boğa” aerodromuna maşınla bizi Arif Heydərov gətirdi. Arifin nəzakətli bir diplomat və istiqanlı bir adam olduğu gözümdən qaçmamışdı. O bu səhərin, bu gözəl ayrılıq səhərinin poeziyasını duyaraq – baxın, nə gözəl səhərdir, – dedi. Doğrudan da səhərin çox təmiz gözəlliyi vardı. Belə həzin bir səhərdə dostlardan, əzizlərdən ayrılmaq çətin idi. Türk yazıçısı Rəşad Nurinin sözlərini xatırlayıram: insan yaşadığı yerlərə, bərabər bulunduğu insanlara görünməz tellərlə bağlıdır. Ayrılıq zamanı bu tellər gərilər, qopar, kaman telləri kimi sızlamağa başlarlar. Təyyarə meydanına addımladığım zaman ürəyimdə bu gərilib qopan kaman tellərinin acı sızıltısını duydum. Əlvida, Türkiyə, yaxın qonşu, sağlıqla qal! Yamacların, düzlərin həmişə lalə-gəlinciklərlə dolu olsun, leylak-yasəmənlərin həmişə ətir saçsın.Dünyada insanın xoşbəxt yaşaması üçün əsas şərtlərdən biri də qonşu ilə münasibətdir. Səhər-səhər evdən çıxıb işə gedəndə pilləkəndə üz-üzə gəldiyiniz qonşu gülərüzlə sizə – sabahınız xeyir, deyib, hal-əhval soruşsa evdən qanıqara çıxmış olsanız belə, könlünüz açılar, dodağınıza xoş təbəssüm qonar. Əgər bu sadə həqiqəti böyük siyasət aləminə keçirsək, demək olar ki, yaxın qonşularla münasibət yaxşı olsa, xalqlar da qorxusuz və rahat yaşar, dinc bir əhval ilə qurar, yaradar.

1 ч 25 мин
Qızıl lalə

Qızıl lalələr... O, sevgili başını, sizin gözəl sinənizə qoyduğu zaman, mən sizə nə qədər həsrət çəkmişdim...O, – sizi incitmək istəmirəm, – dedi. Başını mənim dizlərimə qoymadı... Qızıl lalələr, o, geniş və sağlam çiyinləri üstündəki vüqarlı başını sizin sinənizə endirdi... Onun qara qıvırcıq saçları sizin qanadlarınız arasına qarışdı.

2 мин
Yeni il gecəsində

Aktrisa gözəl idi. Onun məlahətli səsi vardı. O, incə nəğmələrini oxuyanda salon dərin bir sükuta qərq olurdu. Aktrisanın məlahətli səsinə qulaq asanların üzünü daxili bir hərarət işıqlandırırdı. Tamaşaçılarını görür, hər birinin üzündəki fərəh ifadəsi ona coşqun ilham verirdi. Aktrisa oxuyurdu, onun nəğmələrində dağ havasının saflığı, sərin bulaqların zümzüməsi, hündür şəlalələrin əzəmətli duyulurdu.Lojalardan birisində orta yaşlı bir qadın, solğun üzünü əllərinə söykəyib fikirli-fikirli aktrisanın nəğmələrini dinləyirdi. Onun üzündə heç bir sevinc ifadəsi yox idi. O, elə bil ki, pəjmürdə xəyallarının kələfini bir yerə yığa bilmirdi... O düşünürdü ki, axı sənət gərək insanları xoşbəxt eləməyə qadir olsun, yaşamağa kömək eləsin, insan iztirabını azaltmaq üçün ən yaxın həmdəm olsun. Bəs nə üçün bu nəğmələr Fəridəyə sevinc vermədi? Bu aktrisanın nəğmələri, özü, onun bütün varlığı Fəridə üçün başdan-ayağa iztirab deyildimi?

5 мин
Get, sevgilim, uğur olsun!

Heç gözlərim yaşarmadısən ayrılıb gedən zaman,

1 мин

Стихи других поэтов · О природе