Əmrah dayı
Qışın oğlan vaxtı bir hava çaldın,Açıldı könlümdə yaz, Əmrah dayı.Bulaqlar qaynadı, gözlər süzüldü,Gözəllər elədi naz, Əmrah dayı.
Min ömür uzadıb, ömür üzməyib,Yersiz oynamayıb, yersiz süzməyib.Usta bağlamayıb, zərgər düzməyib,Sənə haqdan gəlib saz, Əmrah dayı.
Adın bir şöhrətdir obaya, elə,Zəlimxan adına nə yazıb hələ.Yüz il yaşasan da sən indən belə,Az olar yenə də, az, Əmrah dayı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-emrah-dayi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sahibə xanıma*Məndən narahatdı məni sevən kəs,
Bədbəxtlikİllərlə özünə ailə qura bilməyən, evsiz-eşiksiz*qalan, üzünün, başının tükü bir-birinə qarışan,*
Yuxuda ağ köynək geymişdim, anaTez-tez kəndimizdə yuxu görərdim,Yozardım hər şeyi olduğu kimi.
Yaradanın yaratdığıDünya geniş, yollar uzun, ömür qısa,Yol gedirik – bir gün toya, bir gün yasa.
Стихи других поэтов
Bugünkü seyrimdə bir gözəl gördüm,Nəzəri, ötəri yol yaraşığı.
Nə DediSeyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi
Zülfi-xəmin ki, xəlq deyərlər, kəmənd onaZülfi-xəmin ki, xəlq deyərlər, kəmənd ona,Bir damdır ki, aləm olub payibənd ona.
Payızın son ayıA bağça, barlı bağım,Ay üzümlü çardağım!