Bugünkü seyrimdə bir gözəl gördüm,Nəzəri, ötəri yol yaraşığı.Ağlım başdan getdi, bənd olub qaldım,Baxışı ceyrandı, çöl yaraşığı.

Səhər sevdasmda baxırsan mana,Məni öldürübən düşərsən qana,Yaxşıca rast gəldi tülək tərlana,Bu necə sonadı, göl yaraşığı.

Yazıq Məhəmmədi salmısan dərdə,Üzünə çəkmisən humayun pərdə,Məclis, mərəkədə, xeyirdə, şərdə,Əcaib gəzirsən, el yaraşığı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов