Oxu, bülbülüm, oxu,Canda həvəs yaxşıdı.Nəğmələrə can verən,Qaynar nəfəs yaxşıdı.

Kiminin gözündə çən,Kiminin saçında dən.Lal olub dinməməkdən,Yenə qəfəs yaxşıdı.

Dindiyin dilə qurban,Vurduğun xala qurban,Qalxdığın zilə qurban,Endiyin pəs yaxşıdı.

Torpaq qədim, yer əzəl,Gülər gül, ağlar xəzəl.Məzardan beşik gözəl,Sükutdan səs yaxşıdı!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе