Yazıq yaşaya bilmədi
Ağrıları ayaqları,Əzabları başı çəkdi.Gözlərindən gələn arxı,Gözlərinin yaşı çəkdi.Kürəyindən alçaq vurdu,Ətəyindən naşı çəkdi,Yazıq yaşaya bilmədi.
Yüklədi qəm şələsini,Çiynində kəndir yaşadı.İçi yandı, çölü yandı,Canında təndir yaşadı.Qismətində buxov, qandal,Qolunda zəncir yaşadı,Yazıq yaşaya bilmədi.
Doğrulmadı ümidləri,Zaman qaçdı arxasından,Ayı qara, ili qara,Dərd yapışdı yaxasından.Addım atmaq istəyəndəFələk dartdı çuxasından.Göydə ulduzları saydı,Dərdini saya bilmədi.Çox can atdı yaşamağa,Yazıq yaşaya bilmədi!
2003, 27 mart
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-yaziq-yasaya-bilmedi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Məcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Eşitcək bu sözü təbim həzan dilkəbab olduEşitcək bu sözü təbim həzan dilkəbab oldu,Açıb dürci-dəhanın əql ilən hazırcavab oldu:
Sipasi-şükrü həmdi-fərdi-yektaSipasi-şükrü həmdi-fərdi-yekta,Xudayi-biməsəl, həyyü təvana,
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,