Bu zamanın ətəyindənamaz qılmağa dəyməz, –Əl bulaşıq, ətək kirli,namaz batil olacaq.

Ədaləti öldürübsə,xəyanətin zərbəsi,Gələcəyin məhkəməsisanma adil olacaq.

Didilirik parça-parçagünahların əlində,Xırpalandı boğazımıztamahların əlində.Allah özü acizdirsə,“allah”ların əlində,Əqidələr əlil, şikəst,inamlar şil olacaq.

Şuxluğunu unudarsanyük əyəndə qəddini,Əli sənə yetən deyil,çağırsan da cəddini.Şeytan elə qarışdırıbxeyrin-şərin səddini,Belə getsə, möminlər dədönüb qatil olacaq.

2003, 29 mart

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов