Səni ucaldacaqlar,sən özündən əvvəliuca tutduğun qədər.Səni unudacaqlar,öz kökünü, soyunusən unutduğun qədər.Zamanın səndən ötrüürəyi buz, bağrı daş,Tarix çox qocalandaçatmaz köməyə, yaddaş.Qarşıdadır nə qədərİmtahanlar, sınaqlar,Çıxmasan o sınaqdan,səni unudacaqlar!

Tarixdə tarix boyuyalanı çox danışıb,doğrunu az deyiblər.Çoxlarını unudub,hədər yerə adına“unudulmaz” deyiblər.Yüz də yansın-alışsın,səngiyəcək sevgilər,soyuyacaq ocaqlar.Unutma, unudulmazacı bir həqiqəti,səni unudacaqlar!

Qurudub sularını,kəsəcəklər çayını,kəsəcəklər arxını.

Çərxi-fələk tərsinəfırladacaq çarxını.Sonra bir az yaş tökübverəcəklər üçünü,verəcəklər qırxını.Bir də açılmayacaqgəlişini gözləyənisti qollar-qucaqlar,Oğulsan unudulma,səni unudacaqlar!!!

2003, 23 aprel

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов