Yolların
Havası hər zaman ürəyimdədi,Havalı yolların, dəli yolların.Ömrümü özündən uzun eyləyər,Astadan əsəndə yeli yolların.
Sevinsə, hər yanı gül-çiçək açar,Sükut baş götürüb əlindən qaçar.Yarğandan atılar, qayadan uçar,Arzuya çatmaqçün əli yolların.
Çoxunun ömrünü versə də bada,Azını çatdırar şöhrətə, ada.Düzlərdə düzəlib cavanlaşsa da,Dağlarda əyilər beli yolların.
1975, 26 fevral
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-yollarin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Vərqayi-həmidətül-xəsayil,Bir vəchilə hüsnə oldu kamil.
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
YarımDodaqları gül qönçəsi,Yanaqları lala yarım.