Səni
Burax təbiətlə zarafatını,Yandırıb şam kimi əridər səni.Cavansan, quş kimi göyə qaldırar,Qocasan, çəliklə yeridər səni.
Vaxt olar, adına saray tikdirər,Vaxt olar, bağında bostan əkdirər,Dəli sellər kimi nərə çəkdirər,Yazıq göllər kimi kiridər səni.
Zəlimxan, həyatın mənasına bax,Saralır payızda yamyaşıl yarpaq.Can verən olsa da bu ana torpaq,Can alıb qoynunda çürüdər səni.
1974, 8 dekabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-seni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gəl mənim ömrümün şirin dünyası,Məhəbbət adlanan pirin dünyası,
Bir qız gözlərində Günəş doğurduDuyğular qəlbinə düşüb dən kimi,Sevgi çiçəkləri əkirdi bir qız.
Salam, yaşıl ağac!Sulusan, hələ ki, su var canında,Salam, yaşıl ağac, yaşılım ağac!
Mənim bu kölgədə bir xatirəm varSaxlaya bilirdim vaxtı, saatı,Yaşaya bilirdim ömrü, həyatı.
Стихи других поэтов · О природе
Kədər başdan-başa sinəmi tutmuş,Nəfəs almağa da yer saxlamamış.
Üşşaqə məşq, eşqdə tumari-KərbəlaÜşşaqə məşq, eşqdə tumari-Kərbəla,Əhli-məzaqə gərmdi bazari-Kərbəla,
MəndədiƏylən, oğlum, xəbər verim pərli pəkan məndədi,Yüz açar olsa açılmaz, bağlı dükan məndədi,
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.