Mənə belə gəlir ki,Bütün dünya mənimdir.Hər eli, hər ölkəsiÖz doğma məskənimdir.Amma, ellər içindəBir ovuc torpağım var.Bir ovuc torpağımdaMin cürə növrağım var,Dövlətim, bayrağım var.Səadətim, ağ günüm,Hissim, həyəcanımdır,Öz Azərbaycanımdır!

Mənə belə gəlir ki,Mənim üçün yaranmışBütün dillər lisanlar.Bir dildə anlayırlarBir-birini insanlar.Hamısı gözəl, şirin,Hamısı qədim, dərin...Amma, dillər içindəBiri mənim öz dilim,Şöhrətimdir, şanımdır.Onun yurdu, məskəniÖz Azərbaycanımdır!

Mənə elə gəlir ki,Suların şır-şır səsi,Bülbüllərin nəğməsi,Böyük sənətkarlarınQəlb açan təranəsiMənim mahnılarımdır,Bu mahnılar içindəŞurum, rastım, segahım,Min təranə varımdır.Bunlar mənim öz səsimÜrəyimdir, canımdır,Öz Azərbaycanımdır!

Mənə elə gəlir ki,Dünyanın övladlarıMənim uşaqlarımdır.Köklü bir ağacam ki,Onlar milyon çiçəkliQolum, budaqlarımdır.Amma, aralarındaDoğma üç övladım var.Onların damarındaAxan mənim qanımdırBeşikləri ürəyim,Öz Azərbaycanımdır!

Mənə elə gəlir ki,Günəş, Ay mənimkidir.Anamız torpaq üstəMin saray mənimkidir.Yaradılan bu kəndlər,Qurulan bu şəhərlər,Çil-çıraqlı gecələr,Al günəşli səhərlər,Şiş dağları yaranlar,Div güclü qəhrəmanlar,

Mənim vətəndaşımdır,Deyərəm, qardaşımdır!Fəxr edirəm mənimdir!Çünki ellər içindəAl günəşli, işıqlı,Ən gözəl, yaraşıqlıMənim öz Vətənimdir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине